Havada toz müşahidə olunur

Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

Havada toz  müşahidə olunur
Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Resorting.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.