Azərbaycan pasportu 2026-cı ildə: Dünyanın ən güclü pasportları arasında
"Arton Capital" tərəfindən Azərbaycan pasportunun gücü 84 bal olaraq qiymətləndirildi
Beynəlxalq pasport reytinqləri üzrə nüfuzlu portal olan "Passport Index" (Arton Capital) Azərbaycan pasportunun cari il üçün gücünü açıqlayıb.
Resorting.Az xəbər verir ki, bu siyahıda Azərbaycanın mobillik balı 84 olub. Yəni, bu o deməkdir ki, mövcud xarici pasportla Azərbaycan vətəndaşları dünyanın 84 ölkəsinə vizasız və ya sadələşdirilmiş şəkildə (sərhəddə viza ilə) daxil ola bilir.
"Passport Index"in nəticələrinə görə, Azərbaycan pasportu qlobal reytinqdə 58-ci qrupda, fərdi sıralamada isə 119-cu yerdə qərarlaşıb.
Təqdim olunan rəsmi şəkildəki məlumatlar sübut edir ki, Azərbaycan pasportu qlobal mobillik xəritəsində stabil mövqeyini qoruyur.
nigar