Dünyada turist axını pandemiyadan öncəki həddi keçir
Turist səyahətləri pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə 3% artıb
Resorting.Az-ın xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının "Dünya Turizm Barometri" nəşrində qlobal turizm sektorunda əhəmiyyətli bərpa və artımın olduğu qeyd olunub.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində beynəlxalq turist gəlişlərinin sayı 1.1 milyard nəfəri keçərək 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Bu rəqəmlər qlobal səyahətlərin 2019-cu il, yəni pandemiyadan əvvəlki dövrdən 3% yuxarı olduğunu nümayiş etdirir. BMT-nin Dünya Turizm Təşkilatının Baş Katibi Zurab Pololikaşvili yüksək inflyasiya və geosiyasi gərginliklərə baxmayaraq davamlı artım templərinin olduğunu qeyd edib. Regional göstəricilərə fokuslanan baş katib bildirib ki, ən güclü artım Afrikada (+10%) qeydə alınıb: "Həmçinin Asiya və Sakit Okean regionunda (+8%) bərpa prosesi sürətlənib. Braziliya (+45%), Vyetnam, Misir və Yaponiya isə ən yüksək gəliş tempini nümayiş etdirən ölkələr sırasındadır".
nigar