2025-ci il Türkiyə turizmi üçün rekordla başa çatdı: 65,2 milyard dollar gəlir

2026-cı il üçün gəlir hədəfi isə 68 milyard dollar olaraq müəyyən edilib.

2025-ci il Türkiyə turizmi üçün rekordla başa çatdı: 65,2 milyard dollar gəlir
2025-ci il Türkiyə turizmi üçün rekordla başa çatdı: 65,2 milyard dollar gəlir

Ötən il Türkiyə turizmi üçün yaddaqalan bir il olub.

Resorting.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qardaş ölkənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy 30 yanvar 2026-cı il tarixində 2025-ci ilin yekun rəqəmlərini açıqlayarkən belə deyib.

O qeyd edib ki, Türkiyə 2025-ci ili 63,9 milyon ziyarətçi65,2 milyard dollar turizm gəliri ilə bağlayaraq rekord qırıb. 2026-cı il üçün gəlir hədəfi isə 68 milyard dollar olaraq müəyyən edilib.