Dünyanın ən yaxşı aviaşirkətləri və hava limanları 2025: Qaliblər məlum oldu

"Forbes Travel Guide" tərəfindən ikinci dəfə illik olaraq keçirilən "Təsdiqlənmiş Hava Səyahəti" mükafatlarına (Verified Air Travel Awards ) layiq görülən şirkətlərin adları açıqlanıb: "Emirates" aviaşirkəti və Çanqi hava limanı zirvədədir.

Dünyanın ən yaxşı aviaşirkətləri və hava limanları 2025: Qaliblər məlum oldu
forbes-airline-airport

Resorting.Az-ın xəbərinə görə, 9 mindən çox sənaye eksperti və peşəkar səyahətçinin rəyi əsasında formalaşan bu siyahı 18 müxtəlif kateqoriya üzrə ən yaxşıları müəyyən edib.

Ardıcıl iki ildir ki, "Emirates" aviaşirkəti "Ən Yaxşı Beynəlxalq Aviaşirkət" adını qazanıb. Şirkət, həmçinin "Ən yaxşı birinci sinif kabin" və "Ən yaxşı beynəlxalq gözləmə zalı" nominasiyaları üzrə də qalib olub.

Sinqapurun Çangi hava limanı yenidən dünyanın bir nömrəsi seçilib. Bu liman yeddi mərtəbəli qapalı şəlaləsi, kəpənək bağları və hovuzu ilə sadəcə bir keçid məntəqəsi deyil, həm də turizmin əsas mərkəzi hesab olunur.

ABŞ-nin "Delta Air Lines" şirkəti də "Ən Yaxşı" nominasiyalar üzrə 5 fərqli mükafata layiq görülərək rəqiblərini üstələyib. 

"Air New Zealand" şirkəti isə tətbiq etdiyi innovasiyaya görə "Ən yaxşı" ada layiq görülüb. Belə ki, şirkət ekonom sinif sərnişinləri üçün üç oturacağı çarpayıya çevirən "Skycouch" sistemi ilə rəqiblərindən seçilib.

Azərbaycanın bu sahədə ötənilki uğurları hansılardır?

9 aprel 2025-ci ildə Madrid şəhərində keçirilən "Passenger Terminal Expo" çərçivəsində "Heydər Əliyev adına Beynəlxalq Hava Limanı" ardıcıl olaraq 8-ci dəfə "Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı" seçilmişdir.

17 iyun 2025-ci ildə Paris Aviasiya Sərgisində (Paris Air Show) keçirilən mərasimdə AZAL növbəti dəfə "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" mükafatına layiq görülmüşdür.

2 fevral 2025-ci ildə elan olunan rəsmi reytinq siyahısında "Four Seasons Hotel Baku" dünyada lüks xidmət üzrə ən yüksək pillə olan "Five-Star" (5 Ulduz) statusunu qazanmışdır. Bu, Azərbaycanın qlobal lüks turizm xəritəsindəki yerini təsdiqləyir.