"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov

Son illərdə Şəkinin turizm statistikasında artım müşahidə olunur. Belə ki, rəsmi məlumatlara əsasən, il ərzində yerləşmə müəssisələrində ümumi gecələmə sayı 21 min nəfəri ötüb.

"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov
"Şəkidə real turist axını rəsmi statistikadan daha yüksəkdir " - Şahin Məlikov

Resorting.Az-ın xəbərinə görə, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Şəki şəhərində təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hotellərdən daxil olan hesabatlara görə, məhz otel sektorunda gecələyən turistlərin sayı 17 mindən artıq olub.
Ş.Məlikov onu da əlavə edib ki, Şəki və ümumən regionun digər rayonlarında icma əsaslı turizm də geniş yayılıb. Yəni, bu o deməkdir ki, bir çox sakinlər şəxsi evlərini qonaq evi kimi turistlərin istifadəsinə təqdim edir: "Lakin nəticədə bu rəqəmlər rəsmi statistikaya daxil edilmir. Buna əsasən də deyə bilərik ki, Şəkiyə real turist axını rəsmi rəqəmlərdən daha yüksəkdir".