Dövlət Turizm Agentliyi Şəkiyə mediatur təşkil edib

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil olunub.

Dövlət Turizm Agentliyi Şəkiyə mediatur təşkil edib
Dövlət Turizm Agentliyi Şəkiyə mediatur təşkil edib

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə jurnalistlərin mediaturu təşkil olunub.

Öncə Şəkinin Öyrət kəndi ərazisində yerləşən "BioGarden" eko-aqro turizm təsərrüfatına baş çəkilib. Üç mindən çox meyvə ağacı, müxtəlif növ quşların və digər ev heyvanlarının olduğu 8 hektarlıq bağda  turistlərə hər cür imkan yaradılıb. Burada özünüzü şəxsi təsərrüfatınızda hiss edə bilərsiz. 

Qeyd edək ki, bu təsərrüfatın əsas hədəfi Azərbaycanın şimal-qərb bölgəsində aqro və bio müxtəlifliyi inkişaf etdirməkdir. Daha sonra, media nümayəndələri “Azəripək” ASC-yə baş çəkərək burada ipəyin, kələğayının necə yaranmadı prosesini izləyiblər. 

Qeyd edək ki, hazırda “Azəripək” ASC-də yüksək keyfiyyətli və 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, kəlağayı və s istehsal olunur. 

Daha sonra, media nümayəndələri sənətkar ailələrə baş çəkib, dulusçuluq məhsullarının necə hazırlanması prosesini izləyiblər. Media nümayəndələri, həmçinin Şəkinin əsas brendi hesab edilən Şəki halvasının, eyni zamanda da bamiyənin hazırlanma prosesini yaxından izləyiblər. İki günlük mediatur çərçivəsində Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkilib. Şəki Xan Sarayında olan jurnalistlərə Şəki xanlığının tarixi, eyni zamanda da saray haqda geniş məlumat verilib. 

Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsinə də baş çəkiblər.

Qeyd edək ki, mediaturun təşkilində əsas məqsəd Şəkinin daxili turizm imkanlarını daha yüksək səviyyədə təbliğ etməkdir.