Bakı turizmə görə rekorda imza atıb

Ötən il Bakı tarixi rekorda imza atıb

Bakı turizmə görə rekorda imza atıb
Bakı turizmə görə rekorda imza atıb

Resorting.Az-ın Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin 3-cü rübünə dair hesabatına istinadən məlumatına görə, Bakı daxili turizmdə tarixi rekorda imza atıb. 

Belə ki, DSK tərəfindən 2019-cu ildən etibarən təqdim olunan rəqəmlərə nəzər yetirdikdə, öncəki illərin yekun rəqəmləri ilə müqayisədə ötən ilin 9 ayında Bakı şəhərinə edilən yerli turist səfərlərinin sayı 8 milyon 747 mini ötüb. Bu rəqəm nəinki ötən ilin eyni dövrünü, hətta 2024-cü ilin illik yekun göstəricisini (8,6 milyon) geridə qoyaraq paytaxtın daxili turizmdəki mütləq hegemonluğunu sübut edib.

Şərqi Zəngəzur

Ötən ilin 9 ayında bu bölgəyə 246 mindən çox yerli turist səfər edib. Bu rəqəmlər Şərqi Zəngəzur bölgəsinin sürətlə turizm sektoruna qayıtdığını və böyük töhfə verdiyini göstərir. 

Qarabağda stabil yüksəliş

Qarabağ bölgəsi turist sayında 1 milyon 72 min turist sayı ilə stabil inkişafını davam etdirir. Bölgə artıq ölkənin ən çox ziyarət edilən ilk 6 istiqamətindən biri kimi mövqeyini möhkəmləndirib.