5 milyon tibbi xidmət üçün Türkiyəni seçdi

Diasporanın dəstəyi ilə Türkiyə sağlamlıq turizmində daha güclü, etibarlı və nüfuzlu bir marka olacaq

5 milyon tibbi xidmət üçün Türkiyəni seçdi
Türkiyə sağlamlıq turizmi

Estetikadan diş müalicəsinə, sürətli diaqnostikadan digər münasib xidmətlərə qədər bir çox sahədə Türkiyəni seçən ölkə xaricində yaşayan türklər sağlamlıq turizminə həm iqtisadi, həm də təbliğat baxımından böyük töhfə veriblər.

Diasporanın dəstəyi ilə güclənən Türkiyənin sağlamlıq turizmi

Türk diasporası, sağlamlıq turizminin görünməyən, lakin ən güclü hərəkətverici qüvvəsinə çevrilib. Beynəlxalq Sağlamlıq Turizmi İnstitutunun sədri Dr. Fatih Seyran qloballaşmanın sürətlənməsi ilə sağlamlıq turizminin əhəmiyyət qazandığını və diasporanın bu prosesdə Türkiyənin ən böyük dəstəkçilərindən biri olduğunu vurğulayıb. Seyran deyib: "Xaricdəki soydaşlarımız təkcə xəstə deyil, onlar həm də ölkəmizin səhiyyə brendinin könüllü səfirləridir".

Fatih Seyranın verdiyi məlumata görə, Avropa və digər qitələrdə yaşayan türklər Türkiyənin sağlamlıq turizmi sahəsindəki uğuruna birbaşa töhfə verirlər:

  • Almaniya: Təxminən 3 milyon türk, xüsusilə estetik və diş müalicəsi üçün Türkiyəni seçir.

  • Fransa: 700 mindən çox türk, yay tətili ilə sağlamlıq xidmətlərini birləşdirən proqramlar üçün vacib bir bazar yaradır.

  • Hollandiya: 400 mindən çox türk, ailə həkimliyi və sürətli giriş tələb edən müalicələr üçün Türkiyəyə üz tutur.

  • Belçika: 250 minə yaxın türk, xüsusilə diş və göz müalicəsi üçün Türkiyəni seçir.

  • Avstriya: 200 mindən çox türk, sağlamlıq turizmi baxımından aktiv bir körpü rolunu oynayır.

  • İsveçrə, Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya kimi ölkələrdəki türk icmaları da münasib qiymətli və sürətli xidmətlər səbəbindən Türkiyəni cəlbedici hesab edir.

Fatih Seyran bildirib ki, diasporanın dəstəyi ilə Türkiyə sağlamlıq turizmində daha güclü, etibarlı və nüfuzlu bir marka olacaq: "Onlar təkcə öz səhiyyə ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də ölkəmizin səhiyyə xidmətlərini dünyaya daşıyan ən güclü səfirlərimizdir".