“AzInTelecom”un rəhbərliyi RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şuranın üzvləri AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC-nin Baş direktoru Elxan Əzizov və qurumun digər rəhbər şəxsləri ilə görüşüb.

“AzInTelecom”un rəhbərliyi RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb
“AzInTelecom”un rəhbərliyi RİNN yanında İctimai Şuranın üzvləri ilə görüşüb

Resorting.Az xəbər verir ki, görüşdə Elxan Əzizov rəqəmsallaşma və vətəndaş yönümlü xidmətlər sahəsində “AzInTelecom” tərəfindən həyata keçirilən layihələr barədə Şura üzvlərinə məlumat verib. Qurumun dövlət və özəl sektorda xidmətlərin rəqəmsallaşdırılması istiqamətindəki əsas fəaliyyətləri diqqətə çatdırılıb.

Müzakirə zamanı İctimai Şura üzvlərini maraqlandıran suallarla bağlı fikir mübadiləsi aparılıb. SİMA rəqəmsal həllər platforması, bulud xidmətlərinin genişləndirilməsi və informasiya təhlükəsizliyi kimi aktual mövzular diqqət mərkəzində olub.

İctimai Şura təmsilçiləri innovativ həllərin və rəqəmsal xidmətlərin əlçatanlığı üzrə rəy və təkliflərini qurumun rəhbərinə təqdim ediblər. Hər iki tərəf cəmiyyətdə rəqəmsal savadlılığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə bu cür görüşlərin davam etdirilməsinin faydalı olduğunu bildirib.