Avstraliyada yaşı 16-dan az olanlar üçün sosial media istifadəsi qadağan edilir

Avstraliyada yaşı 16-dan az olanlar üçün sosial media istifadəsi qadağan edilir

Avstraliyada yaşı 16-dan az olanlar sosial mediada hesab yarada bilməyəcəklər. Resorting.az-ın xarici mediaya istinadən xəbərinə görə, bir ildən sonra qüvvəyə minəcək qanunu hər hansı yolla pozacaq şəxslər 50 milyon Avstraliya dolları məbləğində cərimələnəcəklər.

Bununla da Avstraliya yaşı 16-dək olan şəxslərin sosial mediaya girişini qadağan edən ilk ölkə olacaq.