Azərabaycanda hotellərin 400 milyon manatlıq xərci - İNFOQRAFİKA
2025-ci ilin ilk 9 ayında Azərbaycanın mehmanxana sektoru Bakı lider olmaqla cəmi 400,5 milyon manat xərc çəkib və Şərqi Zəngəzur ilk dəfə milyonluq dövriyyə ilə rəsmi statistikada yer alıb.
Resorting.Az-ın Dövlət Statistika Komitəsinin 2025-ci ilin 3-cü rübünə dair hesabatına istinadən xəbərinə görə, yerli mehmanxanalar qeyd olunan dövr ərzində cəmi 400 milyon 546 min manat xərc çəkiblər.
Siyahıda Bakı liderliyini qoruyub saxlayır
Ötən ilin 9 ayında ölkə üzrə hotel xərclərinin yarıdan çoxu — 218.8 milyon manat paytaxtın payına düşüb.
Şərqi Zəngəzurda Canlanma
2025-ci ilin qeyd olunan dövründə Şərqi Zəngəzur üzrə 2.3 milyon manatlıq xərc qeydə alınıb ki, bu da bölgədəki yeni hotellərin fəaliyyətə başlamasının birbaşa sübutudur.
Qeyd edək ki, ötən ilin 9 ayında Bakıdan sonra ən böüyk aktivlik Quba-Xaçmaz (77.6 mln), Şəki-Zaqatala (33.2 mln) və Gəncə-Daşkəsən (24.7 mln) rayonlarında qeydə alınıb.


nigar