"Flydubai" Bangkok istiqamətində yeni gündəlik uçuş xidmətini elan etdi
"Flydubai" aviaşirkəti Taylandın paytaxtı Bangkok şəhərinə gündə iki dəfə uçuşlara başlayacağını açıqlayıb.
Resorting.Az-ın xəbərinə görə, yeni xidmətin istifadəyə verilməsi ilə aviaşirkətin Tayland üzrə həftəlik reys sayı 28 uçuşa çatacaq.
Uçuşların 15 sentyabr 2026-cı ildən etibarən həyata keçirilməsi planlaşdırılır. Reyslər Dubay Beynəlxalq Hava Limanının Terminal 3-dən (DXB) Bangkok Don Mueang Beynəlxalq Hava Limanına (DMK) yerinə yetiriləcək.
Bu istiqamət "Flydubai"nin Taylandda ikinci marşrutu olacaq və mövcud Krabi uçuşlarını tamamlayaraq Dubay ilə Cənub-Şərqi Asiya regionu arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
"Aviapartner olaraq tərəfdaş agentliklərimizi yeni imkanlardan yararlanmağa və Bangkok istiqamətində satış potensialını artırmağa dəvət edirik", - deyə aviaşirkətdən Resoring.Az-a bildirilib.
nigar