"Ucdan-uca şifrələmə" nağılı bitir? Meta məhkəməyə verildi: "WhatsApp" mesajlarımızı gizlicə oxuyur?

Meta iddia edir ki, mesajları yalnız göndərən və alan - yəni iki tərəf oxuya bilər. İddiaçılar isə bildirir ki, şirkət bu yazışmaların məzmununa çıxış imkanını özündə saxlayır və texniki personal lazım gəldikdə bu gizli qovluqlara daxil ola bilir.

Resorting.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, dünyanın ən populyar messenceri olan "WhatsApp"ın sahibi Meta şirkəti ciddi fırıldaqçılıq ittihamı ilə üz-üzədir. İddia sadə, lakin dəhşətlidir: "Bizim məxfi hesab etdiyimiz yazışmalar əslində Meta şirkətinin arxivində saxlanılır və şirkət əməkdaşları tərəfindən oxuna bilir."

Bir neçə ölkədən olan kollektiv iddiaçılar məhkəməyə müraciət edərək bildiriblər ki, Meta illərdir istifadəçiləri aldadır. Şirkətin hər yerdə reklam etdiyi ucdan-uca şifrələmə ("End-to-end encryption") texnologiyasının bir "pərdə" olduğu iddia edilir.

Meta iddia edir ki, mesajları yalnız göndərən və alan - yəni iki tərəf oxuya bilər. İddiaçılar isə bildirir ki, şirkət bu yazışmaların məzmununa çıxış imkanını özündə saxlayır və texniki personal lazım gəldikdə bu gizli qovluqlara daxil ola bilir.

Meta şirkəti yayılan İttihamları əsassız adlandırıb: "Ucdan-uca şifrələmə tam işləyir və heç kim mesajları oxuya bilməz".