Antalya Forbes 2026 Siyahısında: "Ultra Hər Şey Daxil 2.0" Erası

Dünyanın ən nüfuzlu lüks səyahət bələdçisi olan "Forbes Səyahət Bələdçisi (Forbes Travel Guide) 2026-cı il üçün səyahət trendlərini və tövsiyə olunan 20 əsas ünvanı açıqlayıb. Türkiyənin turizm paytaxtı olan Antalya, xüsusilə Kəmər və Belek bölgələri ilə bu siyahıda zirvəyə qalxıb.

Antalya Forbes 2026 Siyahısında: "Ultra Hər Şey Daxil 2.0" Erası
Antalya Forbes 2026 Siyahısında: "Ultra Hər Şey Daxil 2.0" Erası

Resorting.Az xəbər verir ki, Forbes redaktorları Antalyanı yalnız dəniz və günəş mərkəzi kimi deyil, həm də "Dünyanın Ən Lüks və Əlçatan Destinasiyası" kimi xarakterizə ediblər. Şəhərin bu siyahıya düşməsində əsas amil "Ultra Hər Şey Daxil" sisteminin rəqəmsallaşma və fərdi butik xidmətlə birləşdiyi "2.0 versiyası" olub.

Hesabatda konkret olaraq iki hotelin adı xüsusi vurğulanıb:

    • Maxx Royal Kemer Resort: Ecazkar meşələrlə əhatə olunmuş bu kompleks "ultra lüks istirahətin yeni standartı" kimi təqdim olunub.

    • Regnum Carya (Belek): Geniş sahili, 7 hovuzu və ailələr üçün təqdim etdiyi xüsusi su parkı imkanları ilə lüks kateqoriyasında tövsiyə edib.

      Qeyd edək ki, Antalya siyahıda Abu-Dabi, Mayorka (İspaniya), Xorvatiya və hətta Antarktika kimi dünyanın ən eksklüziv nöqtələri ilə yanaşı yer alıb.