60 veb-resursa haker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub

“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən 2025-cü ilin I rübü ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 60 veb-resursa haker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunmuşdur.
Resorting.az xəbər verir ki, kiberhücumlar həyata keçirilmiş veb-resursların analizi göstərir ki, onların 42%-də informasiya resursunun düzgün və təhlükəsiz kodlanmaması, 58%-də isə server sazlamalarının düzgün qurulmaması onları hakerlərin hədəfinə çevirmişdir.
Analizlər, eyni zamanda bu veb-resursların 6-sinin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımı tədbirləri görmədiyi faktını ortaya çıxarmışdır. Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 82%-nin ABŞ, 5% Almaniya, 5%-nin Azərbaycan, 4%-nin Rusiya, 4%-nin İngiltərədə saxlanıldığı (Hosting) müəyyən olunmuşdur. Kiberhücumların 58%-nin serverlərin düzgün sazlanmaması və resurslar arasında seqmentasiyanın düzgün aparılmaması səbəbindən baş verdiyini nəzərə alaraq bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edirik. “CYBER ON” MMC informasiya ehtiyatlarının kibertəhlükəsizliyinə önəm verənlərə təhlükəsiz kodlama(Secure Coding) və audit/pentest xidmətlərini təklif edir.