Azərbaycan Karate Federasiyasında "Qaynar Xətt" fəaliyyətə başlayıb

Azərbaycan Karate Federasiyasında "Qaynar Xətt" fəaliyyətə başlayıb

Azərbaycan Karate Federasiyası tərəfindən şəffaflığın təmin olunması, etik davranış prinsiplərinin qorunması və neqativ halların qarşısının alınması məqsədilə Qaynar Xətt xidməti istifadəyə verilmişdir.

Qaynar Xətt vasitəsilə aşağıdakı məsələlər üzrə müraciətlərin qəbul olunması nəzərdə tutulur:

• Qeyri-qanuni fəaliyyətlərlə bağlı məlumatlar;

• Sənəd, diplom və digər rəsmi sənədlərin qanunsuz verilməsi halları;

• Məşqçilər və idmançılar arasında etik davranış normalarının pozulması;

• Haqsızlıq, ayrı-seçkilik və sui-istifadə hallarına dair məlumatlar;

• Digər bu qəbildən olan şikayət və təkliflər.

Qaynar Xəttə daxil olan bütün müraciətlər anonim əsasda qəbul olunur və müraciət edən şəxsin kimliyi tam məxfi saxlanılır.