Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb
İlk yarış günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.
Resorting.Az xəbər verir ki, Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
Hüseyn Allahyarov (-60 kq) ilə Ülviyyə Bayramova (-57 kq) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) millimizin aktivinə bürünc medal yazdırıblar.
Qeyd edək ki, açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.










nigar