Uşaq basketbolçular arasında milli komanda üçün seçim prosesinə start verilib
22 avqustdan etibarən Zuğulba tədris idman bazasında 13 yaşlı 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.

Seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir.
Resorting.az xəbər verir ki, seçim zamanı serbiyalı mütəxəssis və digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.
Qeyd edək ki, seçim mərhələsi 31 avqustda yekunlaşacaq.