“Naxçıvan” BK-nın baş məşqçisi Nikola Bozinoski son oyundakı nöqsanlardan danışdı
“Naxçıvan” basketbol klubunun baş məşqçisi Nikola Bozinoski “Ordu” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib
Resorting.Az xəbər verir ki, baş məşqçi açıqlamasında oyuna pis start verdiklərini bildirib: "Yeni komanda kimi birlikdə ilk matçımız idi. Hücumda çox səhvlər yol verdik. Müdafiədə isə səbəti yaxşı bağlaya bilmədik".
"Rəqib çoxlu hücum ribaundları qazandı və bu da işimizi daha da çətinləşdirdi. Sonlarda yaxşı performans sərgilədik və bir az daha yaxşı çıxış etdik. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı performans sərgiləyəcəyik", - deyə o əlavə edib.
nigar