"Samsung" dünyada ilkə imza atdı - Bio-qatranlı 'Elektron Kağız" ekranını təqdim etdi

Yeni smartfon modelləri və innovativ ekran texnologiyaları hər zaman böyük maraqla qarşılanır. Bu dəfə "Samsung" şirkəti dəniz yosunundan hazırlanan ekranla texnologiya dünyasında bir inqilab edib

"Samsung" dünyada ilkə imza atdı - Bio-qatranlı 'Elektron Kağız" ekranını təqdim etdi
"Samsung" dünyada ilkə imza atdı - Bio-qatranlı 'Elektron Kağız" ekranını təqdim etdi

"Samsung" şirkəti texnologiya dünyasında inqilab edəcək yeni bir addım atıb. Şirkət, fitoplanktondan (dəniz yosunlarından) əldə edilən bio-qatranla hazırlanmış dünyanın ilk 13 düymlük rəngli Elektron Kağız (E-Paper) displeyini rəsmi olaraq nümayiş etdirib. Bu texnologiya həm tam ekoloji təmizdir, həm də enerjiyə 100% qənaət edir. 

Samsung şirkəti fevralın 6-da İtaliyada başlayan "Milano Cortina 2026" Qış Oimpiya Oyunları üçün xüsusi olaraq hazırladığı "Galaxy AI" (Süni İntellekt) dəstəkli yeni cihazlarını rəsmən istifadəyə verib. Paralel olaraq, smartfon bazarındakı digər rəqib "Google" isə, çoxdan gözlənilən "Pixel 10a" modelinin ilk sifariş tarixlərini açıqlayaraq diqqətləri öz üzərinə çəkib.