Hotellərdə qiymət erkən rezervasiya qiymətindən aşağı düşdü

Bəzi bölgələrdə qiymətlər 2025-ci ilin əvvəlinə nisbətən 20-25% azalıb, bəzi otellərdə isə qiymətlər hətta erkən rezervasiya qiymətlərindən də aşağı düşüb

Hotellərdə qiymət erkən rezervasiya qiymətindən aşağı düşdü

Türkiyədə hotellərdə böyük endirimlərə başlanılıb. Bəzi bölgələrdə qiymətlər 2025-ci ilin əvvəlinə nisbətən 20-25% azalıb, bəzi otellərdə isə qiymətlər hətta erkən rezervasiya qiymətlərindən də aşağı düşüb.

Resorting.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Peşəkar Otel Menecerləri Dərnəyinin sədri Hakan Saatçıoğlu bildirib ki, hotellər müştəri məmnuniyyətini nəzərə almalı və bir narazılıq yaranarsa, fərqi geri ödəməlidirlər. Saatçıoğlu, aşağı doluluq səbəbindən bəzi otellərdə panik vəziyyətinin yarandığını və bu səbəbdən qiymətlərin endirildiyini qeyd edib.