Bakıda “Spartak” cüdo zalı açıldı

Sentyabrın 2-də Bakıda “Spartak” cüdo zalının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-in idman direktoru, baş katibin müavini Kamran Talıbov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.

Bakıda “Spartak” cüdo zalı açıldı
Bakıda “Spartak” cüdo zalı açıldı

Resorting.Az xəbər verir ki, mərasimdə vurğulanıb ki, yeni idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və cüdonun təbliği, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.

Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Fiziki hazırlıq zonası cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin olunub. Ümumi sahəsi 450 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur. Zalda eyni vaxtda 70 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Ünvan: Gumush Residence, Həsən Seyidbəyli küçəsi 63

Əlaqə: 8558