UWW-nin konfransında Azərbaycan nümunəsi
Dünya Güləş Birliyinin (UWW) növbəti konfransı keçirilib.
Or register with email
Join our subscribers list to get the latest news, updates and special offers directly in your inbox
Resorting.Az xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 4 ölkənin federasiya nümayəndələri çıxış edib. Onlar ölkələrində güləşin inkişaf yolunu və strategiyalarını təqdimatla iştirakçılara çatdırıblar.

Onların arasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə koordinatoru Rafiq Hüseynov da yer alıb. O, çıxışının əvvəlində müstəqillik illərində güləşdə qazandığımız uğurlardan danışıb. Qeyd edib ki, bu müddət ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında 1434 medal qazanılıb. Bunların 28-i Olimpiadalarda, 478-i dünya, 928-i isə Avropa çempionatlarında əldə edilib. Təqdimatda ölkəmizin güləş arealının genişliyinə toxunan R.Hüseynov bir çox titullu güləşçimizin bölgələrdə yetişdiyini xüsusilə qeyd edib.
Federasiya rəsmisi bildirib ki, güləş zəngin ənənələrinə görə ölkəmizdə sevilən idman növlərindən biridir. Bu ənənə nəsildən-nəsilə uğurla ötürülür. Sözsüz ki, qazanılan uğurlarda dövlət dəstəyinin böyük rolu var. Müasir infrastruktur, sabit maliyyələşmə və güclü idman institutları mövcuddur. Güləşin inkişafına Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi də əvəzsizdir.
AGF-nin strategiyasında məşqçilərin peşəkarlığının artırılması, istedadların aşkarlanması, yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak, beynəlxalq yarışlarda davamlı uğurların qazanılması və titullu idmançıların gələcək fəaliyyətinin bu və ya digər formada güləşlə əlaqələndirilməsinin miras rolunu oynaması prioritet təşkil edir.
Buna qədər ölkəmizdə çoxlu sayda mötəbər idman tədbirlərinin keçirildiyini bildirən R.Hüseynov AGF-nin UWW və bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.



nigar Jul 2, 2026 0 14
nigar Jul 9, 2026 0 13
nigar Jul 5, 2026 0 11
nigar Jul 9, 2026 0 11
nigar Jul 9, 2026 0 11
nigar Jul 2, 2026 0 14
nigar Jul 9, 2026 0 13
nigar Jul 5, 2026 0 11
nigar Jul 9, 2026 0 11
nigar Jul 9, 2026 0 11
nigar Jul 29, 2026 0 11
nigar Jul 29, 2026 0 15
nigar Jul 20, 2026 0 19
nigar Jul 15, 2026 0 12
nigar Jul 29, 2026 0 11
nigar Jul 29, 2026 0 15
nigar Jul 20, 2026 0 19
nigar Jul 15, 2026 0 12
nigar Jul 9, 2026 0 13
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə Rəqəmsal Transformasiya və Süni İntellekt,...
nigar Jul 5, 2026 0 17
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli...
nigar Jun 15, 2026 0 25
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şuranın üzvləri AZCON...
nigar Jan 24, 2026 0 35
Misli Premyer Liqasında 17-ci tur davam edir.
Resorting.Az xəbər verir ki, qlobal fond bazarlarında texnologiya sektorunun, xüsusilə də Süni İntellekt (AI) infrastrukturuna əsaslanan şirkətlərin yüksəlişi davam edir. NASDAQ birjası bu həftə AI ilə bağlı məlumatların təsiri altında yüksəliş nümayiş etdirib; çip istehsalçıları və yarımkeçiricilər əsas lokomotiv rolunu oynayır.
Aparıcı AI çip şirkətləri, xüsusilə "NVIDIA"nın, bazar dəyəri və səhmlərinin qiyməti yeni rekordlara imza atıb. Süni İntellektə investisiya qoyuluşu o qədər sürətlənib ki, "OpenAI" kimi şirkətlər 2025-ci ilin birinci yarısında əldə etdikləri gəlirlə 2024-cü ilin bütün il ərzindəki gəlirini artıq 16% üstələyiblər. Bu sahədəki inkişaflar təkcə texnologiya səhmlərini deyil, həm də AI tərəfdaşlıqları sayəsində pərakəndə ticarət (e-ticarət) nəhəngi olan "Shopify" kimi digər şirkətlərin də qiymətini yüksəldir.