3x3 qadın millimiz Qadın Seriyasının Azərbaycanda təşkil olunmuş Sumqayıt mərhələsində hamıdan güclü olub

Sumqayıt mərhələsinin ən dəyərli oyunçusu (MVP) çempion millimizin üzvü Aleksandra Mollenhauer seçilib.
Resorting.az xəbər verir ki, yarışın sonunda Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer və Dina Ulyanovadan ibarət olan millimizin heyət üzvləri çempionluğu bayram edib və xatirə şəkilləri çəkdiriblər.
Qadın millimiz Sumqayıt mərhələsinin çempionudur!
27 iyul 3x3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Sumqayıt mərhələsinin final oyununa çıxıb. Qızlarımız Latviya yığmasına 15:12 hesabı ilə qalib gəlib və hamıdan güclü olaraq çempion ünvanına yiyələnib.