“PAŞA Kapital” İnvestisiya Şirkətinin ötənilki xalis faiz gəliri 2024-cü illə müqayisədə artıb

“PAŞA Kapital” İnvestisiya Şirkətinin ötənilki xalis faiz gəliri 2024-cü illə müqayisədə artıb

“PAŞA Kapital” İnvestisiya Şirkətinin ötənilki xalis faiz gəliri 2024-cü illə müqayisədə 1,6 milyon manatdan 2,4 milyon manata yüksəlib. Artım 800 min manat və ya 50% təşkil edib.
Resorting.Az-ın xəbərinə görə, bu barədə “PAŞA Kapital” İnvestisiya Şirkətinin bu gün media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında deyilib. 

Digər əməliyyatlar üzrə də gəlirlərin artdığı qeyd olunub. Dilinq əməliyyatları üzrə gəlirlərdə artım qeydə alınıb. Belə ki, 2024-cü ildə dilinq əməliyyatları üzrə 1,1 milyon manat, 2025-ci ildə isə 1,2 milyon manat gəlir əldə olunub. Artım 100 min manat və ya 9,1% təşkil edib.