“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib

“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib

“PAŞA Kapital” İnvestisiya Şirkətinin 2025-ci ildə gəlirləri 9,9 milyon manata yüksəlib. Bu, 2024-cü illə müqayisədə 1,5 milyon manat və ya 18% artım deməkdir.

Resorting.az-ın xəbərinə görə, bunu “PAŞA Kapital”ın Baş icraçı direktorunun müavini Elnur Fətullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd olunub ki, şirkətin 2024-cü ildə gəlirləri 8,4 milyon manat olduğu halda, ötən il bu rəqəm 9,9 milyon manata çatıb.

Qeyd edək ki, gəlirlərin strukturunda əsas pay haqq və komissiya gəlirlərinin üzərinə düşüb. 2025-ci ildə “PAŞA Kapital”ın haqq və komissiya gəlirləri 6,3 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ildə 5,7 milyon manat idi. Bu isə o deməkdir ki, 2024-cü illə müqayisədə “PAŞA Kapital” İnvestisiya Şirkətinin haqq və komissiya gəlirləri 600 min manat və ya 10,5% artıb.