Türkiyədən Şok Qərar: Yaşı 15-dən az olan uşaqlara sosial media qadağan edilir
Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi uşaqların rəqəmsal təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkələrə girişlə bağlı inqilabi addım atır.
Resorting.Az-ın xəbərinə görə, yeni qanun layihəsinə əsasən, valideyn icazəsi olsa belə, 15 yaşına çatmayan uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər.
Valideyn icazəsi kifayət etməyəcək
Son illərdə uşaqlar arasında artan rəqəmsal asılılıq və onlayn zorakılıq halları Türkiyə hökumətini hərəkətə keçirib. Hazırlanan yeni qanun layihəsi fevralın əvvəlində TBMM-ə təqdim edilib. Qaydalara görə, Instagram, TikTok, X (Twitter) kimi platformalar 15 yaşdan kiçik istifadəçiləri qəbul etməyəcək. Ən sərt məqam isə budur ki, valideynin "razıyam" deməsi belə qadağanı keçmək üçün yetərli olmayacaq.
nigar