THY təyyarələri 89 təhlükəsizlik yoxlamasından uğurla keçib
Son vaxtlar sosial şəbəkələrdə qarşınıza Türkiyənin valehedici səyahət videoları çıxıbsa, bilin ki, bu, təsadüf deyil. Türkiyə dünya üzrə destinasiya marketinqində öncül mövqeyini möhkəmləndirərək, turizmin rəqəmsal tanıtımında aparıcı gücə çevrilib.

Türk Hava Yolları (THY) təyyarələri 89 təhlükəsizlik yoxlamasından uğurla keçib.
Resorting.az Türkiyə mediasına istinadən xəbər verir ki, THY-nin baş direktoru Bilal Ekşi bununla bağlı sosial media hesabında paylaşım edərək sərnişinlərin rahatlıq və təhlükəsiz səyahət etdiyini vurğulayıb.
Ekşi bildirib: "Son 12 ayda xaricdə, 36 ölkə və 61 hava limanında təyyarələrimizdə aparılan 89 təhlükəsizlik yoxlamasında, 0,378 tapıntısızlıq nisbəti ilə SAFA proqramında yaxşı nəticə əldə etdik. Təhlükəsiz, rahat və etibarlı səyahətlər arzu edirik".
SAFA yoxlamaları nədir?
Xarici təyyarələrin təhlükəsizlik qiymətləndirilməsi mənasına gələn SAFA, xarici hava yolu şirkətlərinin Avropa Birliyi ölkələrində həyata keçirdikləri əməliyyatlarda, təyyarənin havaya qalxmasından əvvəl digər ölkələr tərəfindən həyata keçirilən yoxlamalarıdır.
Bu yoxlamalarda, texniki xidmət və uçuşa yararlılıq yoxlamalarından fərqli olaraq, hava gəmisinin uçuş təhlükəsizliyi ilə bağlı beynəlxalq tələbləri yerinə yetirib-yetirmədiyi yoxlanılır. Təyyarənin fiziki vəziyyəti, kokpitdə və salonda riayət edilməli olan tələblərin yoxlanıldığı yoxlamalarla, sərnişinlərin uçuş zamanı təhlükəsizliyini təmin edəcək qaydaların ən yüksək səviyyədə tətbiq olunması hədəflənir.