Şəkidə ümumilikdə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir

Dövlət Turizm Agentliyi tərəfindən aparılan qiymətləndirmələrə əsasən, 42 yerləşmə müəssisəsindən 14 obyekt üzrə ulduzlandırma formaları tərtib olunub.

Şəkidə ümumilikdə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir
hazırda Şəki rayonunda ümumilikdə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir

Resorting.Az-ın xəbərinə görə, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Şəki şəhərində təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Şəkidə hazırda 1 ədəd 5 ulduzlu, 6 ədəd 3 ulduzlu, 1 ədəd 2 ulduzlu otel fəaliyyət göstərir: "Digər yerləşmə obyektləri ulduz kateqoriyası tələblərinə cavab vermədiyi üçün ulduz almayıb".