Baqajla bağlı yeni qayda - Bir sıra aviaşirkətlərin baqajla bağlı yeni tələbləri olacaq

Ətraf mühitin çirklənməsi bu günün ən qlobal problemi olaraq qalmaqdadır.

Baqajla bağlı yeni qayda - Bir sıra aviaşirkətlərin baqajla bağlı yeni tələbləri olacaq
Baqajla bağlı yeni qayda - Bir sıra aviaşirkətlərin baqajla bağlı yeni tələbləri olacaq

Bu problemlə mübarizə aparmaq üçün bütün baqajların bioqradasiya oluna bilən (təbiətdə parçalana bilən) materiallardan hazırlanması ilə bağlı yeni qaydalar hazırlanır.

Resorting.Az-ın xəbərinə görə, belə ki, artıq cari ildən etibarən bəzi beynəlxalq hava limanlarında yalnız bioqradasiya olunan materiallardan hazırlanmış baqajların daşınmasına icazə verilir. Bu yeni qayda ekoloji cəhətdən şüurlu səyahəti təşviq etməklə yanaşı, həm də baqaj istehsalçıları üçün ciddi dəyişikliklər tələb edir. 
Hətta, nəinki baqaj, eyni zamanda da baqajların cızılmaması üçün istifadə olunan sellofanlar da qadağan edilir. Artıq bu istiqamətdə də müəyyən işlərə başlanılıb. 

Qeyd edək ki, bambuk, təkrar emal edilmiş parça və ya digər ekoloji sağlam materiallardan hazırlanan - bioqradasiya olunan baqajlarla səyahətçilərin karbon izinin azaldılması əsas hədəf olaraq seçilib.