Göbəklitəpənin kölgəsində yeni sirr: 10.500 İllik Kəllə Sümükləri Tapıldı - VİDEO
Şanlıurfada aparılan “Daş Təpələr Layihəsi” çərçivəsində, bəşər tarixinə işıq salacaq yeni bir kəşf edilib. Arxeoloqlar təxminən 10 min 500 il yaşı olan insan kəllə sümükləri aşkar ediblər.

Göbəklitəpənin yaxınlığında aşkarlanan bu tapıntılar Neolit dövrü haqqında düşüncələri tamamilə dəyişdirə bilər.
Resorting.Az xəbər verir ki, Şanlıurfada davam edən “Daş Təpələr Layihəsi” çərçivəsindəki aparılan qazıntılarda Sefertəpə bölgəsində 12 insan kəllə sümüyü tapılıb.
Belə ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şanlıurfa ərazisində Neolit Dövrü Araşdırmaları və Daş Təpələr Layihəsi” çərçivəsində İstanbul Universitetinin Arxeologiya Bölməsinin "Tarixdən Əvvəlki Arxeologiya" kafedrasının dosenti Dr. Emre Güldoğanın rəhbərliyi altında Sefertəpədə qazıntılar davam edir.
Sefertəpə Qazıntı qrupunun rəhbəri, dosent Dr. Emre Güldoğan bildirib ki, bu il qazıntılar 39 nəfərlik mütəxəssis, tələbə və işçi qrupundan ibarət bir heyətlə ötənilki sahələrdə və yeni açılan istiqamətlərdə davam etdirilir.
Güldoğan, keçən il “kəllə sümükləri otağı” olaraq adlandırılan sahədə 10 min 500 il yaşı olan 8, digər bir hücrədə isə 4 kəllə sümüyü tapdıqlarını və yeni kəşflərlə qarşılaşacaqlarına əminliyini bildirib.
Güldoğan sözlərinə davam edərək qeyd edib:
“Keçən il ümumilikdə 31 kəllə sümüyü tapmışdıq. Hacettepe Universitetindən antropoloq mütəxəssis, professor Dr. Yılmaz Səlim Erdala göndərilən nümunələrin ilk nəticələri artıq əlimizdədir. Kəllə sümükləri otağında tapılan nümunələrdən gələn ilkin nəticələr, tapıntıların 6 aylıq körpədən 40 yaşlı fərdlərə qədər müxtəlif yaş qruplarına aid olduğunu göstərir.
Bu ilki işlərdə həm yarımçıq qalan sahələrdə, həm də daha əvvəl ehtiyatda saxladığımız və indi yeni başladığımız sahələrdə işlər davam edir. Hazırda yeni kəllə sümükləri nümunələrinin aşkarlandığını söyləmək mümkündür”.
6 Sahədə İşlər Davam Edir
Güldoğan bu il Sefertəpədə botanika işlərinə də başlanıldığını bildirib:
"Qayanın düzəldilməsinə dair izlərə rast gəldik. Yenə açılmış ana qaya üzərində çox nizamlı şəkildə qazılmış çökəkliklər olduğunu aşkar etdik”.