İki güləşçimiz dünya çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

İki güləşçimiz dünya çempionatının finalında
İki güləşçimiz dünya çempionatının finalında

Resorting.Az xəbər verir ki, ötən gün sərbəst güləş üzrə 57, 70, 79 və 125 kq-da mübarizəyə start verilib.

Muhəmmədəli Əlizadə (57 kq) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.

Kənan Heybətov (70 kq) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək.

Fərid Cabbarov (79 kq) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub.

Xetaq Karsanov (125 kq) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.

Həlledici qarşılaşmalar bu gün keçiriləcək.