THY-nin 7 aylıq sərnişin sayı 51 milyonu ötdü

THY-nin 7 aylıq sərnişin sayı 51 milyonu ötdü

THY-nin 7 aylıq sərnişin sayı 51 milyonu keçdi

Türk Hava Yollarında 2025-ci ilin iyul ayında sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artaraq 9 milyona çatıb. Yanvar-iyul dövründə isə ümumi sərnişin sayı 51,2 milyona yüksəlib.

Resorting.az xəbər verir ki, Türk Hava Yolları (THY), 2025-ci ilin iyul ayı üzrə uçuş nəticələrini İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə elan edib. Açıqlanan məlumatlara görə, şirkət iyul ayında ümumilikdə 9 milyon sərnişin daşıyaraq ötən ilin eyni ayına nisbətən 8,4% artım əldə edib.

Tranzit sərnişinlərin sayı 2024-cü ilin iyulunda 2,9 milyon olduğu halda, bu ilin eyni ayında 12,8% artımla 3,3 milyona yüksəlib. Sərnişin doluluq nisbəti də 0,2 bənd artaraq 85,4% təşkil edib. Eyni ayda beynəlxalq uçuşların doluluq nisbəti 84,8%, daxili uçuşlarda isə 90,6% olaraq qeydə alınıb.

7 aylıq göstəricilərdə də artım davam edir

2025-ci ilin yanvar-iyul dövründə isə ümumi sərnişin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 51,2 milyona çatıb. Eyni dövrdə tranzit sərnişinlərin sayı 9% artaraq 19,6 milyona, ümumi məsafə isə 6,1% artımla 153,9 milyard kilometrə yüksəlib.

Bu dövrdə sərnişin doluluq nisbəti 0,6 bənd artaraq 82,1% olub. Beynəlxalq uçuşlarda doluluq nisbəti 81,7%, daxili uçuşlarda isə 85,6% təşkil edib.

THY həmçinin 2025-ci ilin yanvar-iyul dövründə ümumilikdə 1,21 milyon ton yük və poçt daşıyıb. İyul ayının sonuna olan məlumata görə, şirkətin donanmasındakı təyyarə sayı 491-ə çatıb.