AzTV yeni mövsümə onlarla başlayır - VİDEO
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 2025–2026-cı illəri əhatə edəcək yeni mövsümünə sentyabrın 8-dən etibarən başlayır.

Resorting.Az xəbər verir ki, yeni mövsüm çərçivəsində həm televiziya efirində, həm də sosial media platformalarında yenilənmiş layihələri, yeni simaları, həmçinin daha öncə də televiziyanın efirində yer alan aparıcıları görə biləcəksiniz.
Artıq AzTV tərəfindən yayımlanan çarxda bu dəyişikliklərin bir qismini izləyə bilərsiniz.