Daha 3 yolayrıcında yeni svetoforlar istifadəyə verildi
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və Etibar Bəkirov küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforu istifadəyə verilib.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov və Etibar Bəkirov küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforu istifadəyə verilib. Nəticədə qeyd edilən ərazidə qəza riskləri azalıb, eyni zamanda piyadaların daha təhlükəsiz hərəkəti təmin edilib.
Bundan əlavə, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə və Şah İsmayıl Xətai küçələrinin kəsişməsində, həmçinin Şüvəlan qəsəbəsi, Almas İldırım və Nizami Gəncəvi küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.