Rəcəb Tayyib Ərdoğan: "Turizm gəlirlərində bütün zamanların rekordunu qırdıq"

Rəcəb Tayyib Ərdoğan: "Turizm gəlirlərində bütün zamanların rekordunu qırdıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin turizmdən əldə etdiyi gəlirlərlə   bağlı nikbin açıqlama verib. 

Resorting.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ərdoğan ölkənin turizm gəlirlərində bütün zamanların rekordunu qırdığını bildirib:

"Turizm sahəsində də keçən həftə sevindirici xəbərlər aldıq. 2025-ci ilin ilk 6 ayında 25,8 milyard dollar gəlirlə bütün zamanların rekordu qırıldı. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 7,6% artım deməkdir.

Bu ilin ilk 6 ayında ölkəmizdə 26 milyon 389 min ziyarətçini qəbul etdik. 2025-ci ilin ilk 6 ayında xarici turistlərin gecəlik xərcləri 10% artaraq 121 dollara yüksəlib".

"2025-ci ilin sonu üçün hədəfimiz olan 64 milyard dollar turizm gəlirinə doğru inamlı addımlarla irəliləyirik", - deyə Ərdoğan vurğulayıb.