Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri keçiriləcək

27–28 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri keçiriləcək. Ölkəmizi yarışda ümumilikdə 11 çəki dərəcəsində 24 cüdoçu (15 kişi, 9 qadın) təmsil edəcək.

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri keçiriləcək
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri keçiriləcək

Resorting.Az xəbər verir ki, idmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.

Qeyd edək ki, turnirdə 37 ölkədən 454 idmançı (283 kişi, 171 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq

Hüseyn Allahyarov

Murad Muradlı

Qasım Vəlizadə

-66 kq

Kənan İsmayılov

Tofiq Məmmədov

Elşən Əsədov

Nazir Talıbov

İslam Rəhimov

-73 kq

Kamran Süleymanov

İbrahim Əliyev

Rüfət Şövlətov

Nəriman Mirzəyev

-81 kq

Məhərrəm İmamverdiyev

-90 kq

Naim Hüseynov

-100 kq

Elmar Qasımov

Qadınlar

-48 kq

Könül Əliyeva

-52 kq

Gültac Məmmədəliyeva

-57 kq

Gülnarə Bayramova

Ülviyyə Bayramova

Vüsalə Hacıyeva

-70 kq

Südabə Ağayeva

Aytac Qardaşxanlı

-78 kq

Günel Həsənli

Nərmin Əmirli

Cüdoçularımıza uğurlar arzulayırıq!