Platin qiyməti son 12 İlin zirvəsində

Qızıl və gümüşdən sonra gələn əsas qiymətli metallardan biri olan platinin qiyməti son 12 ildə ilk dəfə olaraq 1533 ABŞ dollarını keçib.

Platin qiyməti son 12 İlin zirvəsində
Platin qiyməti son 12 İlin zirvəsində

Resorting.Az-ın xarici mediaya istinadən xəbərinə görə, bu kəskin artım platinin avtomobil sənayesində (xüsusilə katalitik konvertorlarda) artan tələbatı, həmçinin Cənubi Afrikadakı (əsas istehsalçı) hasilatla bağlı yaranan çətinliklərlə əlaqələndirilir. Proqnozlara görə, platinin bahalaşması sənaye xərclərinə təsir edəcək.