Azərbaycanda Türkmənistan kapitallı 78 şirkət fəaliyyət göstərir

Bu gün Azərbaycanda Türkmənistan kapitallı 78 şirkət sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində uğurla fəaliyyət göstərir.

Azərbaycanda Türkmənistan kapitallı 78 şirkət fəaliyyət göstərir
Azərbaycanda Türkmənistan kapitallı 78 şirkət fəaliyyət göstərir

Resorting.Az Türkmənistan mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Avaza” Milli Turizm Bölgəsində keçirilən Türkmənistan İnvestisiya Forumu (TİF) 2025 İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, son illər iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş məhsulların qarşılıqlı ticarətində müsbət dinamika müşahidə olunur.

"Etiraf etməliyik ki, bu sahədə uğurlarımız kifayət qədərdir və biz buradakı böyük potensialdan daha çox istifadə etmək üçün tədbirlər görməliyik", - deyə Ələkbərov vurğulayıb.

Nazir müavini həmçinin qeyd edib ki, fəaliyyəti digər Mərkəzi Asiya ölkələrinə də şamil ediləcək Azərbaycan ticarət nümayəndəliyinin Özbəkistanda təsis edilməsi ilə bağlı bu yaxınlarda qəbul edilən qərar regional əməkdaşlıq üçün yeni imkanlar açır.

"Biz bu əlavə mexanizmin Azərbaycan məhsullarının Türkmənistana ixracını artıracağını, investisiya əməkdaşlığını gücləndirəcəyini, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulmasını təmin edəcəyini və Mərkəzi Asiyada birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağını gözləyirik", - deyə o yekunlaşdırıb.

Qeyd edək ki, TİF 2025 İnvestisiya Forumu Xəzər dənizinin sahilindəki “Avaza” Milli Turizm Bölgəsində keçirilir.