"Azəriqaz" İB-nin baş direktoru Xızı rayonunda vətəndaşları dinləyib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Xızı rayonunda vətəndaşlarla növbəti görüşü baş tutub.

"Azəriqaz" İB-nin baş direktoru Xızı rayonunda vətəndaşları dinləyib
"Azəriqaz" İB-nin baş direktoru Xızı rayonunda vətəndaş qəbulu keçirib

Resorting.Az xəbər verir ki, birlik rəhbəri Xızı ilə yanaşı, Siyəzən, Xaçmaz və digər ətraf rayonlardan qəbula üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Sumqayıt və Xaçmaz Regional qaz istismarı İdarələrinin rəhbərliyinə müvafiq tapşırıq verilib.