“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb

Bu barədə "Resorting.az"a QSC-dən bildirilib. Nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min 41 saata, ümumilikdə fəaliyyət dövrü ərzində isə 5 milyon 553 min 988 saata çatıb.
Qeyd edək ki, Səhmdar Cəmiyyəti tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.