Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda millimiz bu gün Əfqanıstan yığması ilə qarşılaşıb.
Resorting.Az xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız üç qələbə ilə finala yüksəlib.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.
VI İslam Həmrəyliyi Oyunları
12 noyabr
Azərbaycan - Əfqanıstan 3:0 (25:7, 25:5, 25:9)


nigar