Günlük insulinə son - Diabet xəstələrinə ŞAD XƏBƏR - KƏŞF
Tibb dünyasının ən nüfuzlu jurnallarında (məsələn, The New England Journal of Medicine) dərc olunan son klinik sınaqların nəticələri göstərir ki, həftəlik insulin (Icodec) gündəlik bazal insulin inyeksiyaları ilə eyni, bəzi hallarda isə daha yüksək effektivlik nümayiş etdirir.
Texnologiya Necə İşləyir?
Normalda insulin bədəndə sürətlə parçalanır, ona görə də xəstələr hər gün doza qəbul etməlidirlər. "İnsulin Icodec" isə bədənə daxil olduqdan sonra qandakı albumin zülalına yapışaraq xüsusi bir "depo" yaradır. Bu depo 7 gün ərzində insulini qana yavaş-yavaş və sabit şəkildə buraxır.
Xəstələr üçün əsas üstünlüklər:
İnyeksiya sayında kəskin azalma: İldə 365 iynə vurmaq yerinə, cəmi 52 iynə kifayət edəcək. Nəticə etibarı ilə, bu vəziyyət xəstələrə rahatlıq bəxş edəcək, hər gün iynə vaxtını unudaram, deyib stres yaşamayacaqlar.
Klinik sınaqlar zamanı bəlli olub ki, bu rejimə keçən xəstələrin ümumi məmnuniyyət və həyat keyfiyyəti indeksi 70% yüksəlib.
Nəticədə:
Həftəlik insulin qanda daha stabil səviyyədə qaldığı üçün şəkərin anidən düşmə (hipoqlikemiya) riski azalır. Bundan başqa, məlum olub ki, həftəlik insulin qəbul edənlərdə "üç aylıq şəkər" göstəricisi gündəlik insulin vuranlarla eyni səviyyədə, hətta bir qədər daha aşağı olub.
Resorting.Az
nigar