Energetika naziri Ağdamda vətəndaşları qəbul edib

Energetika naziri Ağdamda vətəndaşları qəbul edib
Energetika naziri Ağdamda vətəndaşları qəbul edib

​Energetika naziri Pərviz Şahbazov Ağdam Muğam Mərkəzində  vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, kabelləşmə və elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bərdə, Ağdam, Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.

Resorting.Az