Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşib

17-21 sentyabr tarixlərində Bolqarlstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı” , “Zirə” və “Aznur” komandaları təmsil edəcək. Artıq klublarımızın rəqibləri də məlumdur.

Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşib
Minifutbol üzrə Çempionlar Liqasında təmsilçilərimizin rəqibləri müəyyənləşib

Resorting.Az xəbər verir ki, Çempionlar Liqasının son qalibi olan təmsilçimiz “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq.

Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq. Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur”  G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.