Metropoliten sentyabr ayı ilə bağlı rəqəmləri açıqladı
Sentyabr ayında 19 965 597 sərnişin metronu seçdi!
Milyonlarla addım, saysız-hesabsız hekayələr – Sentyabr ayında 19 965 597 sərnişin metronu seçdi!
Resorting.Az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni sentyabr ayında 19 milyondan çox sərnişin daşıyıb. 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb.
Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabr – 891 856 nəfər.
Ən sakit gün isə 7 sentyabr – 405 892 nəfər.
Bu statistika bir daha göstərir ki, sərnişinlər güvənib metroya üstünlük verirlər.

nigar