Martın 9-u Abşeron dairəvi xətti üzrə qatarlar qeyri-iş günü qrafiki ilə hərəkət edəcək

ADY bütün sərnişinlərə xoş səfərlər diləyir.

Martın 9-u Abşeron dairəvi xətti üzrə qatarlar qeyri-iş günü qrafiki ilə hərəkət edəcək
ADY bütün sərnişinlərə xoş səfərlər diləyir

8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib. Resorting.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. 

Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.

ADY bütün sərnişinlərə xoş səfərlər diləyir.

Resorting.Az