“Azəriqaz” rəhbərliyi Lənkəranda vətəndaş qəbulu keçirəcək
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 6 mart saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.
Resorting.Az xəbər verir ki. görüş zamanı Lənkəran, Lerik və Astara rayonlarından olansakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 95 01; 050 845 90 52; 050 845 92 30) müraciət edə bilərlər.
nigar