Pakistanın Azərbaycandakı səfiri Hindistana görə ölkəmizə dəstək nümayiş etdirib
Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciətinin Hindistan tərəfindən bloklanması xəbərlərinə reaksiya olaraq ölkəmizə dəstəyini bildirib.

Resorting.Az xəbər verir ki, bu barədə səfir özünün “X” hesabında paylaşım edib.
“Modi rejiminin izlədiyi siyasət təkcə Cənubi Asiya üçün deyil, eyni zamanda da Qafqaz və digər bölgələr üçün təhdiddir. Heç bir şey Pakistan-Azərbaycan qardaşlığını poza bilməz”, - deyə səfir vurğulayıb.
Qeyd edək ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüklə bağlı müraciətini bloklayıb.